Lənkəranda intihar hadisəsi olub.
7News.Az APA-ya istinadən bildirir ki, rayonun Vilvan kənd sakini, 2001-ci il təvəllüdlü Həsən İlham oğlu Həsənzadənin meyiti tapılıb. Onun meyiti ailə üzvləri tərəfindən yaşadığı evin həyətində yerləşən tövlədə asılı vəziyyətdə tapılıb.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.
7News.Az








