RU
21 yaşlı qızı maşın vurdu
22:30
512

21 yaşlı qızı maşın vurdu

Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. 

Hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Daşkəsən rayon sakini, 1995-ci il təvəllüdlü Cananə Quliyeva yolu keçmək istəyərkən avtomobillə vurulub. Müxtəlif bədən xəsarətləri alan qız Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ