RU
22 azərbaycanlı Ukrayna vətəndaşlığını qəbul edib
23:40
350

22 azərbaycanlı Ukrayna vətəndaşlığını qəbul edib

Ukrayna prezidenti Pyotr Poroşenko 2016-cı il ərzində 131 rusiyalıya ölkə vətəndaşlığı təqdim edib.

7news.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Українські новини" nəşri Ukrayna Dövlət Miqrasiya Xidmətinin sorğuya cavabına istinadən bildirir.

Mənbəyə görə, ümumilikdə, ötən il 16866 nəfər Ukrayna vətəndaşlığını qəbul edib. Bunlardan 809 nəfəri əcnəbi vətəndaşlar, yaxud vətəndaşlığı olmayanlardır.

Ukrayna vətəndaşlığına qəbul edilmişlər arasında 26 ermənistanlı, 22 azərbaycanlı, 13 iordaniyalı və bir o qədər də pakistanlı, 12 belaruslu, 11 fələstinli və 11 misirli var.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ