RU
22 neftçi hələ də tapılmayıb
13:12
649

22 neftçi hələ də tapılmayıb

“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 2 gəmisi axtarışlar aparır.

Bu barədə “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib. 

Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və BP-yə məxsus 2 gəmi yanğının söndürülməsi ilə məşğuldur. Hazırda ərazidə 3 quyuda yanğın davam edir:

"Yanğınsöndürənlərin, eləcə də “Azneft” İstehsalat Birliyinin müvafiq strukturlarının əməkdaşlarının gərgin səyləri nəticəsində yanvarın 16-da qaz quyularının ən təhlükəlisində yanğını söndürmək mümkün olub. Digərləri də yaxın vaxtlarda söndürülcəək”.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 11 nəfərin cəsədi tapılıb. 

Hazırda 22 neftçinin axtarışları davam edir. Onlardan 19 nəfər “Günəşli” yatağında, 3 nəfər isə “Neft daşları”nda baş verən hadisə zamanı itkin düşüb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ