Tovuzda 22 yaşlı gənc zəhərləndi.
7news.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, Tovuz rayonu Əlibəyli kəndində zəhərlənmə faktı qeydə alınıb.
22 yaşlı Elbrus Quliyev çənin içini benzinlə təmizləyərkən huşunu itirib. O, Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Gəncə tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. Elbrus Quliyevin benzindən zəhərləndiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
7news.Az








