RU
22 yaşlı Goranboy sakini bıçaqlanıb
23:17
778

22 yaşlı Goranboy sakini bıçaqlanıb

7news.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Goranboyda bıçaqlanma olub. Rayonun Qaradağlı kənd sakini 22 yaşlı Orxan İmamquliyev bıçaq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Həkimlər xəstəyə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Yaralı dərhal əməliyyat edilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb. Polis hadisənin kim tərəfindən törədildiyini araşdırır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ