Sabirabadda bıçaqlanma hadisəsi baş verib.
7news.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.
Bıçaq xəsarəti alan kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədov Şamil Qurban oğlu Şirvan şəhər xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.
Ş.Əhmədovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.
7news.Az








