RU
224 can alan təyyarə qəzasının ilk görüntüləri
12:35
1681

224 can alan təyyarə qəzasının ilk görüntüləri

Təyyarə qəzasında ölənlərdən 25-i uşaqdır.

Misirin “Newsinai24” xəbər portalı “Twitter”-dəki səhifəsində qəzaya uğrayan Rusiyaya məxsus sərnişin təyyarəsinin qalıqlarının şəkillərini dərc edib.

Şəkillərdə hadisə yerinə cəlb olunmuş hərbi helikopterlər və təyyarənin qalıqları əks olunub.

Qeyd edək ki, Misirdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus təyyarə Sinay yarımadası üzərində qəzaya uğrayıb. Nəticədə 224 (217 sərnişin və 7 ekipaj üzvü) nəfər həlak olub. Ölən 224 nəfərdən 25-i uşaqdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Sankt Peterburqda Rusiya FHN-in əməliyyat qərargahının nümayəndəsi bildirib./avtosfer

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ