RU
23 yaşlı gənc oğlan özünə bıçaqla xəsarət yetirdi
11:00
159

23 yaşlı gənc oğlan özünə bıçaqla xəsarət yetirdi

Gəncə sakini bıçaq xəsarəti alıb.

Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

1999-cu il təvəllüdlü Arzu Abdullayev döş qəfəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 23 yaşlı gənc oğlan özü özünə bıçaqla xəsarət yetirib.

Onun özünə hansı səbəbdən xəsarət yetirməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ