RU
23 yaşlı qız hamamda zəhərləndi
22:20
988

23 yaşlı qız hamamda zəhərləndi

Quba sakini dəm qazından zəhərlənib.

Quba rayonu Mirzəməmməd kənd sakini, 1993-cü il təvəllüdlü Xasməmmədova Aygün Rauf qızı dəm qazından zəhərlənmə əlaməti ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, A. Xasməmmədova reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır.

O, yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ