RU
24 saatda üçüncü mikroavtobus qəzası
13:20
813

24 saatda üçüncü mikroavtobus qəzası

Qaradağ rayonunun Ələt qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin  verilən məlumata görə, sentyabrın 17-də saat 20 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Qazax rayon sakini Bilal Mustafayevin idarə etdiyi "Mercedes" markalı mikroavtobusla Hacıqabul rayon sakini Cavid Zərbalının idarə etdiyi "MAN" markalı yük avtomobili toqquşub.

Nəticədə B.Mustafayevin sərnişinlərindən Bakı şəhər sakini Cahangir Cahangirov hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır. /(DİN)

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ