24 yaşlı gənc oğlan özündən 11 yaş böyük Oksana adlı sevgilisi ilə barda yaxşıca əyləndikdən sonra gecəni qalmaq üçün qızın evinə gəlib.
7News.Az-ın rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Oksana yuxuya getdikdən sonra sevgilisinin 74 yaşlı anasının otağına gedən oğlan orada yatan qadını zorlayıb.
Bu zaman o, qışqırmaması üçün qadının ağzını bağlayıb.
Bir müddət arvad hər şeyi qızından gizlətməyə çalışsa da, sonra başına gələnləri ona danışıb.
Oksana da öz növbəsində dərhal polisə xəbər verib.
Artıq həbs olunmuş "qəhrəman" əməlini özünəməxsus "səbəb"lə əsaslandırıb: "Qoca qadın... uzun illər idi sekslə məşğul olmurdu".








