ABŞ-da 24 yaşlı Serina Volf adlı qadın səyahət xərclərini ödəməyən sevgilisinə etdiyi hərəkətə görə ömrünün bir neçə ilini həbsxanada keçirməli olacaq.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, Florida ştatında yaşayan 24 yaşlı Serina sevgilisinə Nyu-York-a gəzməyə gedəcəyini və xərclərini qarşılamağını söyləyib.
Sevgilisinin ona pul verməyəcəyini eşidən Volf onun kredit kartını oğurlayıb bir restorana gedib.
Orada yeyib-içdikdən sonra sevgilisinin kredit kartı ilə ofisianta 5 min dollar "çayvoy" verib.
Kredit kartı oğurlanan 29 yaşlı Michael Crane-nin şikayəti əsasında barəsində oğurluq ittihamı ilə cinayət işi açılan Serina Volf həbs edilib.


7News.Az








