Rusiyanın Sankt-Peterburq şəhərində tələbəyə təcavüz edən Azərbaycan vətəndaşı saxlanılıb.
7News.Az open.az-a istinadən xəbər verir ki, bu barədə "Nevskiye Novosti" saytı məlumat yayıb.
Hadisə mayın 25-də yerli vaxtla saat 22:45-də baş verib.
Həmyerlimiz Pavlov adına Birinci Sankt-Peterburq Tibb Universitetinin beşinci kurs tələbəsini zorlayıb.
Polislər 25 yaşlı azərbaycanlını iki gün sonra saxlayıb.
Faktla bağlı istintaq başladılıb.
7News.Az








