RU
25 yaşlı gənc özünü bıçaqlayıb
21:46
426

25 yaşlı gənc özünü bıçaqlayıb

Xaçmaz rayonu, Xanlıqoba kənd sakini 1990-cı il təvəllüdlü İlyasov İsmayıl Valeh oğlu özünə bıçaqla xəsarət yetirib.

Hadisə Xanlıqoba kəndində qeydə alınıb.

Qarın boşluğundan bıçaq xəsarəti alan İ.İsmayıl Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta stabil olduğu bildirilir.

Xaçmaz rayon Polis Şöbəsindən (RPŞ) APA-nın yerli bürosuna verilən məlumata görə, ilkin araşdırmalar zamanı həmin şəxsin özü-özünə xəsarət yetirdiyi aydınlaşıb.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar davam etdirilir./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ