Bakıda insanlıq adına yaraşmayan rəzalət baş verib: oğul öz anasını zorlayıb.
7News.Az xəbər verir ki, bu iyrənc hadisə paytaxtın Xətai rayonunda baş verib.
Məlumata görə, 54 yaşlı Bakı sakini polisə ərizə ilə müraciət edərək bildirib ki, 25 yaşlı oğlu (istintaq sirri olduğundan adlar açıqlanmır-red.) evə sərxoş vəziyyətdə gəlib. Qadının sözlərinə görə, oğlu onu da spirtli içki içməyə məcbur edib.
Daha sonra anasını döyüb və zorlayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.








