RU
25 yaşlı oğlanı küçənin ortasında yandırdılar – Dəhşətli qətl
11:00
943

25 yaşlı oğlanı küçənin ortasında yandırdılar – Dəhşətli qətl

Rusiyanın Çelyabinsk əyalətində dəhşətli cinayət hadisəsi baş verib.

7news.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, polis gündüz vaxtı küçənin ortasında 25 yaşlı oğlanı yandıran cinayətkarları axtarır.

Bədəninin 90 %-i yanan şəxsi təsadüfən yoldan keçən vətəndaşlar görüb. Onlar hadisə yerinə təcili yardım çağırıblar. Xəstəxanaya çatdırılan oğlanın həyatını xilas etmək mümkün olmayıb. O, hücum edən şəxsləri tanımadığını bildirib.

İstintaq komitəsi hazırda cinayəti törədənləri axtarır.

Mətbuatın yaydığı məlumata görə, mərhum şirniyyat dükanında işləyirmiş. Onun heç kimlə probleminin olmadığı vurğulanıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ