Çılpaq şəkli yayılan qadın müəllim işdən qovulub.
7News.Az xarici mətbuata istinadla xəbər verir ki, illər əvvəl çəkib sevgilisinə göndərdiyi çılpaq şəkli yenidən sosial şəbəkələrdə yayılan qadın müəllim məktəbdən uzaqlaşdırılıb.
ABŞ-da yaşayan 25 yaşlı Lauren Miranda sinəsi açıq şəkli yayıldığına görə "Bellport" təhsil müəssisəsindən qovulub.
O, cinsi ayrıseçkiliklə bağlı məhkəməyə müraciət edib və 3 milyon dollar istəyir.
Qadının vəkilinin dediyinə görə, Laurenin şagirdi illər sonra müəlliminin arxiv fotosunu tapıb və məktəbdə yayıb. Nəticədə müəllim işdən çıxarılıb.
New York Post yazır ki, Lauren bir daha müəllim kimi işləyə bilməyəcək.
7News.Az











