Forumda Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Abxaziya, Cənubi Osetiydan politoloqlar, jurnalistlər, elmi işçilər, ictimai – siyasi təşkilatların nümayəndələri iştirak ediblər.
Forumun birinci günündə “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlı dəyirmi masa keçirilib. Dəyirmi masanın moderatoru qismində çıxış edən Serqey Markedonov münaqişənin tezliklə həll olunmasının vacibliyindən danışıb.
Milli Məclisin deputatı Rasim Musabəyov çıxışında forum iştirakçılarına Azərbaycan Respublikasının mövqeyini bildirib. O, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini bildirərək ölkəmizin mövcud vəziyyətlə barışmayacağını qeyd edib.
Politoloq, Dovlet İdarecilik Akademiyasinin siyasi elmler üzre fəlsəfə doktoru Zaur Məmmədov çıxışında münaqişəyə hüquqi konteksdən yanaşaraq erməni tərəfini açıq – aşkar beynəlxalq hüququ pozduğunu qeyd edib.
VAK-ın Moskva üzre icraçı direktoru Samil Tağıyev ermənilərin əsrlər boyu xalqımıza qarşı soyqırımlara nəzər saldı. O, çıxışında Ermənistandan fərqli olaraq Azərbaycanda yüzlərlə ermənin hələ də yaşadığını qeyd edib.
"Novosti Azerbaydjan" portalının müxbiri Nicat hacıyev isə Xocalı soyqırımı haqqında geniş məlumat verdi. Kirovda Azərbaycan Fondunun prezidenti Elnur Hüseynov ermənilərin antürk siyasətinin yüzlərlə azərbaycanlının öz dədə-baba yurdundan didərgin düşməsi ilə nəticələndiyini qeyd edib.








