Gəncədə qətl hadisəsinin təfərrüatları məlum olub.
Qeyd edək ki, məlum qətl hadisəsi dekabrın 7-də Gəncə şəhəri Adilxan Ziyadxanov küçəsi, 39 saylı binanın 70 saylı mənzilində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1989-cu il təvəllüdlü Səadət Verdiyevanın üzərində zorakılıq əlamətləri olan meyiti yataq otağında tapılıb.
Gəncə şəhər Prokurorluğu və Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətin Goranboy rayon Səmədabad kənd sakini, 1987-ci il təvəllüdlü, əvvəllər məhkumluq həyatı yaşayan Famil Məmmədov tərəfindən törədilməsi müəyyən edilib. Cinayəti törədən şəxs saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.// apa








