RU
27 yaşlı qız naməlum şəraitdə zəhərləndi
22:00
457

27 yaşlı qız naməlum şəraitdə zəhərləndi

Gəncə şəhərində 27 yaşlı qadın naməlum şəraitdə zəhərlənib.

Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Turanə Vaqif qızı Hüseynova naməlum etimologiyalı zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirilib ki, T.Hüseynovanın hansı şəraitdə zəhərlənməsi hələlik məlum deyil: "Ona dərhal həkimlər tərəfindən tibbi yardım göstərilib. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti orta-ağır olaraq qalır”.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb./report
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ