ABŞ-da 27 il öncə mayalanmış uşaq dünyaya gəlib.
BiG.AZ xəbər verir ki, bu barədə "ABC" kanalında yayımlanan "Good Morning America" verilişin saytında bildirilir.
Belə ki, 1992-ci ildən dondurulub saxlanılan donor embrion bu ilin fevral ayında 28 yaşlı Tina Gibsona köçürülüb.
Hamiləliyi yaxşı keçirən qadın oktyabrın sonunda dünyaya gətirdiyi qız uşağına Molli Everett adını verib.
Mütəxəssislər bildirirlər ki, embrionu bu qədər uzun müddət dondurulmuş uşağın dünyaya gəlməsi bir ilkdir.
Bundan öncəki rekord Tina Gibsonun digər qızına məxsusdur. Belə ki, 3 yaşlı Emma Vren 2017-ci ildə 24 il ərzində dondurulan embriondan dünyaya gəlib.









