RU
29 günlük körpə koronavirusdan öldü - FOTO
15:10
309

29 günlük körpə koronavirusdan öldü - FOTO

29 günlük körpə koronavirusdan ölüb.

7News.Az bildirir ki, bu barədə məlumatı "Mirror" nəşri yayıb.

Məlumata görə, Filippinin Batangas vilayətində yenidoğulmuş körpə koronavirusun qurbanı olub. Beləliklə, o, dünyada koronavirusun ən gənc qurbanı hesab edilir.

Səhiyyə Nazirinin sözçüsü Maria Rosario Vergeire bildirib ki, o, koronavirusa yoluxduğu zaman sepsis baş veməsi səbəbindən dünyasını dəyişib.

Sepsis infeksiyaya qarşı immun reaksiyanın tənzimləyici mexanizmlərinin pozulması nəticəsində baş verən kliniki sindromdur. Sepsis bədənin hər hansı bir virusa qarşı mübarizəsi zamanı bütün bədəni oyadır.

 

Sağlam insanlarda infeksiyalı sahə müxtəlif cür özünü göstərir. Sepsisli insanlarda isə bütün bədən bir infeksiyaya qarşı dirəndiyi üçün bədən sıradan çıxmağa başlayır. İnfeksiyalı sahə xəsarət almaq yerinə bütün bədəndə infeksiya fəsadları yaranır. Sepsis ağır formaya çevrildiyi zaman ölüm riski 50% artır. Ölümə səbəb sepsisin infeksiyalı sahə ilə yanaşı digər orqanları da sıradan çıxarmasıdır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ