RU
3 ay öncə ölmüş qadın sağlam uşaq dünyaya gətirdi – Vİdeo
18:00
422

3 ay öncə ölmüş qadın sağlam uşaq dünyaya gətirdi – Vİdeo

Çexiyada tibb tarixində nadir görünən hallardan birisi yaşanıb.

7News.Az xəbər verir ki, bu ilin aprel ayında iflic olan 27 yaşlı Mrtva Eva xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb. Beyin ölümü gerçəkləşən Evanın 5 aylıq hamilə olması nəzərə alınaraq onu aparatlara qoşaraq körpənin yaşamsını təmin ediblər.

Həkimlər bu müddət ərzində körpənin sağlam doğulması üçün ölmüş qadını süni şəkildə yeriməyə məcbur ediblər. Aparatlara qoşulan ayaqlarının hərəkəti ilə onun qarın əzələləri masaj edilib, üstəlik tibb bacıları doğulmamış körpə ilə söhbət edib, ona mahnılar oxuyublar. Bir neçə gün öcə körpə sağlam şəkildə qeysəriyyə üsulu ilə dünyaya gəlib. Onun 2130 qram olduğu, adının Eliska qoyulduğu bildirilir.

Ginekologiya mütəxəssisi Pavel Ventruba bunun dünyada qeydə alınmış 20-ci hadisə olduğunu bildirib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ