Kəndin bələdiyyə sədri Sahib Xəlilovun verdiyi məlumata görə, Aqşinin yoldaşını öldürmə səbəbi ətrafdakıların qınağı olub:
"Bu, Aqşinin 3-cü nikahıdır. İkinci nikahından 1 uşağı var. O, iki həyat yoldaşını da boşayıb Rüxsarə ilə ailə qurub. Aqşinin bacısı Rüxsarənin qardaşı ilə evli olub. Bir müddət əvvəl onlar boşanıblar. Həmin boşanmadan sonra ailədə münasibətlər pozulub. Uzun müddətdir Aqşin ailəsini qoyub fermada işləyirdi, evinə getmirdi. Bu nikahdan 3 uşağı var idi, heç onlara da baxmırdı. Onun psixologiyasında da problemlər var idi. Ailəsinə baxmasa da, rəsmi boşanmamışdılar. Onu polislər aparanda niyə öldürdüyünü soruşduq. "Hamı məni qınayırdı. Ailəmi düzgün yola gətirə bilmədim, öldürdüm”, - dedi. Aqşin həyat yoldaşından ayrı yaşayandan kənddə Rüxsarə haqqında müəyyən söhbətlər gəzirdi. Hətta qayınatası da bu söhbətlərdən bezib, kənddən köçüb getmişdi”.
S.Xəlilov bildirir ki, Aqşin səhər saatlarında evə gəlib, həyat yoldaşını uşaqların olmadığı otağa aparıb və orada öldürüb:
"O, kəndə heç bir nəqliyyat vasitəsilə gəlməyib, gəldiyini də görən olmayıb. Arxa yollarla 3 saat piyada gəlib, evinə girib və uşaqların hadisəni görməməsi üçün yoldaşını digər otağa aparıb orada başını kəsib. Özü də polisə zəng edib, hadisəni törətdiyini deyib. Hazırda uşaqları qayınanasının yanındadır. Lakin uşağın dövlətin himayəsinə verilməsinin tərəfdarıyıq. Aqşinin atası ilə anasının da arasında problemlər var, iki bacısı da boşanıb. Ümumiyyətlə, hər iki ailədə problemlər var. Uşaqların ən böyüyü 5 yaşındadır. Ən yaxşısı onların uşaq evinə yerləşdirilmələridir”./publika.az
7news.Az








