Nizam-intizam qaydalarına riayət etmədilər.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı yoxlamalar davam edir.
İdarədən 7News.Az-a verilən xəbərə görə, yoxlama və araşdırmaların nəticələrinə əsaslanaraq 24 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoruİsayeva Samirə Məmməd qızına və Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Məcidova Elmara Qəzənfər qızına yazılı xəbərdarlıq edilib.
Həmçinin, 24 nömrəli Onbirillik Musiqi Məktəbinin tədris işləri üzrə direktor müavini Həsənova Rəna Zakir qızına və Binə qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Yaqubov Rüstəm Qüdrət oğluna töhmət elan edilib.








