Bayram səhəri İstanbulun Bəyoğlu ərazisində 3 fələstinli gəncin yaşlı adamı döydükləri kadrları yayılıb.
7News.Az Sondakika-ya istinadən xəbər verir ki, şübhəlilər yaşlı adama verilən fitrə və zəkat pulunu alıb qaçarkən təhlükəsizlik kamerası tərəfindən o anlar qeydə alınıb.

Şübhəlilər polislər tərəfindən saxlanılıb. Polis cinayətkarların 68 yaşlı Mustafa Karadan zor tətbiq edərək aldıqları 5 min lirəni (Təxminən 1250 manat) onun özünə qaytarıblar.
7News.Az








