Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən sonra 3-ü general olmaqla 60 qiyamçı zabit İraqın şimalına qaçaraq PKK-ya sığınıb.
7News.Az sözcü.com.tr-yə istinadən xəbər verir ki, qiyam hazırlıqlarında uğursuz olduğu bildirilən qiyamçılar İraq üzərindən PKK-ın mərkəzi qərargahı olan Kandilə gedib.
Bu məlumatı Türkiyənin Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətidə təsdiqləyib.
Həmin zabitlərin şəxsiyyəti də artıq bəllidir. Bildirilir ki, onlar PKK-nın təmin edəcəyi saxta pasportlarla Avropa ölkələrinə qaçmağa hazırlaşırlar.








