RU
3 il əvvəl mağaza qarəti zamanı gözətçini öldürən növbəti iştirakçı 15 il cəza alıb
18:16
512

3 il əvvəl mağaza qarəti zamanı gözətçini öldürən növbəti iştirakçı 15 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Elbrus Hüseynovun (1989-cu il təv.) CM-nin 120.2.1 (qəsdən adam öldürmə, bir qrup şəxs tərəfindən törədildikdə), 120.2.3 (zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirilməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu qəsdən öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar sürətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirlməsinə dair cinayət işi üzrə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

7news.az xəbər verir ki, 2012-ci il iyunun 30-da səhər saat 4 radələrində Elbrus Hüseynov, Zöhrab Şamilzadə, Binnət İmaməliyev və Tural Xəlilovla "Əhmədli" metrostansiyasının yaxınlığında yerləşən dəmir emalatxanasının qarşısından cinayətin aləti olan dəmir parçasını götürüb, taksi ilə Gəncə prospekti, 15 ünvanında qarışıq mallar mağazasının yanına gəliblər. Vəzifə bölgüsünə əsasən Elbrus Turalla birlikdə gözətçi, 80 yaşlı Əlfəsiyaf Ağamirızyevi qətlə yetirərək zərərsizləşdirməli, Binnət mağazanın qapısını açaraq, oradan pul və qiymətli əşyalar götürməli, Zöhrab isə küçədə dayanaraq, hər hansı bir təhlükə olarsa digər iştirakçılara dərhal bildirməli idilər. İmaməliyev qapını əlindəki dəmir parçasl ilə açıb, yaranan səsə mağazaya bitişik yerləşən bərbər köşkündə əyləşmiş gözətçi çölə çıxıb. Elbrusla Tural onun üzərinə hücum edib 80 yaşlı Əlfəsiyaf Ağamirzəyevə silah qismində istifadə etdiyi qalın taxta parçası ilə baş nahiyyəsindən iki dəfə ardıcıl zərbə vuraraq yerə yıxıblar. Sonuncu yerə yıxılandan sonra, Tural kənardan qaçaraq təpiklə sifətinə zərbə vurub və onu şalvarının kəmərindən tutaraq bərbər köşkünə aparıblar. İçəridə ona çoxsaylı əl və ayaq zərbələri endirməklə müxtəlif dərəcəli, o cümlədən, beyin qansızma ilə əhatə olunan və sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək Ağamirzəyevi qəsdən öldürüblər. Sonra Elbrus, Binnət və Tural mağazaya qanunsuz daxil olaraq, ümumilikdə 41 manat dəyərində siqaret qutuları, alışqan, saqqız, 116 manat dəyərində kontur kartları və 9 manat 15 qəpik miqdarında pulu ələ keçirməklə qulduqluq cinayətini törədiblər və hadisə yerindən qaçıblar.

İyulun 11-də Zohab Şamilzadə və Binnət İmaməliyev Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıblar. Onların verdikləri ifadələr əsasında məlum olub ki, onlarla yanaşı cinayətə Elbrus Hüseynov və Tural Xəlilov iştirak ediblər. O vaxt keçirilən istintaq-əməliyyat tədbirlərinə baxmayaraq sonuncuları yaxalamaq mümkün olmayıb, məhkəmənin qərarı ilə onların barəsində həbs-qəti imkan tədbiri seçilib və axtarış elan olunub.

2013-cü il fevralın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Şamilzadə və İmaməliyev 14 il müddətinə azadlıqdan məhrum olunublar.

2014-cü il sentyabrın 10-da Elbrus Hüseynov RF Xakasiya Republikası Beyskiy rayon Daxili işlər Orqanlarının əməkdaşları tərəfindən tutulub.

Məhkəmə prosesində Elbrus Hüseynov elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərib ki, Zöhrab, Binnət və Tural qohumlarıdır.
2012-ci il iyunun sonlarında onlar "Neftçilər" metrostansiyasının yaxınlığında kafedə spirtli içki qəbul ediblər, sonra oradan çıxaraq Zöhrab onlara "alacağım var, gedək götürüm və Turala olan borcumu qaytarım" deyərək Əhmədli tərəfə getməyi təklif edib. Qaranlıq bir küçə idi. Zöhrab bir mağazanın yaxınlığında dayanıb və içəri girərək, oradan pul oğurlayacağını bildirib. O, əvvəllər də bu marketə girdiyini və hər hansı bir problem olmayacağını deyib. Zöhrabla Binnər mağazaya tərəf birlikdə gediblər, onunla Tural isə çöldə dayanıblar. Marketin yanındakı köşkdən bir nəfər çıxıb və onlara tərəf qaça-qaça gəlib, bir anda səs-küy düşüb və o, çevrilərkən kişinin yerdə uzandığını görüb. Elbrus Turalla uzanıqlı vəziyyətdə olan və üst-başı qana bulaşmış kişini bərbərxanaya aparıb, ora qoyublar. Bi müddət küçə ilə piyada gediblər, sonra taksi ilə Maştağa qəsəbəsinə qayıdaraq, hərə öz evinə yollanıb. Bundan sonra eşidib ki, Zöhrab mağazadan oğurladığı konturları kiməsə borc əvəzinə verib. O, öz növbəsində hadisə barədə heç kimə məlumat vermədən Turalla birlikdə iyulun 12-də işləmək üçün RF-nın Xakasiya vilayətinə gediblər. Elbrus Hüseynov gözətçini öldürmədiyini qeyd edib.

Zərərçəkmişin hüquqi varisi Yavər Ağamirzəyev bildirib ki, saat 8 radələrində onun mağazasının yanında icarəyə yeni mağaza götürmüş İlham adlı oğlan zəng edərək atasının səhhəti ilə bağlı problem olduğunu və tez aşağı düşməsini bildirib. Bərbər köşkünə girəndə otağda və divarda qan ləkələri görüb, atası isə stul üzərində başı aşağı sallanmış və qana bulaşmış vəziyyətdə olub. Sonra hadisə yerinə polis və müstəntiq gələrək, müayinə aparıblar. Zərərçəkən deyib ki, atası son iki ildə həm onun, həm də ətrafdakı mağazalara gözətçilik edib. İsti havalarda stul qoyub, küçədə oturub, soyuq vaxtlarda isə qarət olunan mağazaya bitişik vəziyyətdə olan Tahir adlı şəxsin işlətdiyi bərbərxanada qalıb.

Şahid qismində dindirilmiş məhkum Zöhrab Şamilzadə və Binnət İmaməliyev bildiriblər ki, hadisədən 2-3 gün əvvəl Elbrusla Tural onlara yaxınlaşaraq pullarının olmadığını və mütləq bir yaxşı mağaza aparmalı olduqlarını bildiriblər. Onlar da razılaşıblar, amma belə şərt kəsiblər ki, qarət vaxtı sadəcə ətrafa nəzarət edəcəklər. Binnət mağazaya girərək pul və digər əşyaları götürüb, Tural əlindəki taxta ilə kişiyə çox bərk zərbə vurub, eyni zamanda Elbrus bir az aralıdan qaçaraq,gəlib gözətçinin sifətinə təpik atıb. Təpik o qədər sərt olub ki, sifətə dəyməsi səsini Zöhrab da eşidib və bu zaman onun doşləri ağzından çölə tökülüb. Şamilzadə həmin zaman hiss edib ki, kişi ölüb, çünki o zərbələr qarşısında heç cavan adam belə dayana bilməzdi.

Məhkəmənin hökmü ilə Elbrus Hüseynov cəzasının ilk 2 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə
15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ