RU
3 nəfər arasındakı münaqişə ölümlə nəticələndi
12:53
1216

3 nəfər arasındakı münaqişə ölümlə nəticələndi

İyunun 24-də Qusar rayonunun Kuzun-qışlaq kəndində şəhər sakini, əvvəllər məhkum olunmuş Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyiti tapılıb.

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ə.Məmmədovun  elə münaqişə zəminində həmyerliləri tərəfindən öldürüldüyü bəlli olub.

Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İmran Bədirov və Sadiq Əmiraslanov tutulublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ