Üç polisi tüfənglə atəş açaraq yaralayan Moskva sakini qonşusunun evində gizlənərək həmin evdə yaşayan qadını girov götürüb.
7News.az "İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İdarəsinin rəsmi nümayəndəsi Yuliya İvanova bildirib.
"Müstəntiqlər və polis əməkdaşları qadının azad edilməsi və şübhəlinin saxlanılması üçün tədbirlər görür”, - İvanova əlavə edib.
Hadisəylə bağlı "iki və daha çox şəxsə qarşı sui-qəsd cəhdi”, "polis əməkdaşının həyatına sui-qəsd” və "girov götürmə” maddələri ilə cinayət işi başlanıb.
7News.az








