Venesuelanın Ekvadorun Quayakil şəhərindəki konsulluğunda oğurluq hadisəsi baş verib.
7 cinayətkar konsulluğun binasına hücum edərək orada diplomatik missiya heyətini odlu silahla hədələyərək külli miqdarda pul aparıb.
Venesuelanın Quayakildəki konsulu Fernando Belio oğrulardan 4-nün kişi, 3-nün isə qadın olduğunu, onların işçilərdən bir neçəsinə zərbə vurduqlarını bildirib.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








