RU
3 övladı var
12:40
910

3 övladı var

Ailə başçısı 3 yaşlı uşaqların yaşadığı evdə nəhəng piton ilanları, eləcə də  sürünənlər fəsiləsinə aid olan digər canlılar saxlayır.

Amerikalı Erik Leblanın ilanlara və sürünənlərə olan marağı ortaya bu görüntüləri çıxarıb. Sözügedən canlılarını öz övladlarından fərqləndirməyən amerikalının ilan və  kərtənkələləri də mənzilə daşıması, görənləri təəccübləndirir.

Məsələ Erik Blankın həyətində onlarla ilan və kərtənkələnin olmasında deyil.  Bu şəxsin ilanlarla yanaşı 3 azyaşlı övladı da var.  Bu uşaqlardan Erika 3, Lari 4, Keti isə 7 yaşındadır. Uzunluğu  2 metrdən çox olan piton ilanları, bir qıvrılma ilə bu uşaqlara ölümcül xəsarət yetirə, onları boğub  öldürə bilər. Təhlükə kifayət qədər real olsa da, Erik övladlarının  həmin ilanlarla oynamasına göz yumur, hətta buna şərait də yaradır.

Şelbi adlı ilanın uzunluğu 6 metrə yaxındır. 3 yaşlı uşağın bu ilanla oynamasının nə dərəcə doğru olduğu elə amerikalıları da düşündürməyə başlayıb. Erik isə özünə bu cür haqq qazandırır.

Erikin həyətində zəhərli ilanlar da az deyil. Odur ki, bu şəxs hələ ki azyaşlı övladlarını bu sürünənlərə yaxın buraxmır.  Faciənin baş verməməsi üçün həm uşaqlar, həm də  zəhərli ilanları nəzarətsiz buraxmaq olmaz.

7News.Az “ATV Səhər”in  hazırladığı sujeti təqdim edir:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ