Dünyaca məşhur reper Kardi B bu dəfə qızına aldığı bahalı hədiyyə ilə gündəmə gəlib.
Qızı Kiyariyə "Hermes Birkin" markasından olan çanta alan reper görüntüləri sosial şəbəkə hesabında bölüşüb.
Üstü "Svarovski" qaşlarla bəzədilən çantanın qiymətinin 48 min dollar olduğu ortaya çıxıb.
3 yaşlı Kiyariyə ad günündə alınan boyunbağı ilə birlikdə balaca qızın üzərindəki aksesuarların ümumi dəyərinin 800 min dollar olduğu məlum olub.












