7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadın yazdığı məktubu və 3 yaşlı oğlunu ticarət mərkəzində buraxıb qaçıb. Bir müddətdən sonra 3 yaşlı Həmzə ağlamağa başlayıb. Uşağın ağladığını görən ticarət mərkəzinin mühafizəçiləri Həmzənin anasını tapmağa çalışıb. Ananı tapa bilməyən mühafizəçilər polisə xəbər verib.
Məktubda uşağın adının Həmzə, anasının isə Qamzə olduğu yazılıb.
Bundan əlavə məktubda ana çox çətin vəziyyətdə olduğunu və uşağa baxa bilmədiyini bildirib: "Başqa çıxış yolum yox idi. Mən heç özümə baxa bilmirəm. Tək çarəm bu idi. Tək başıma bu qədər edə bildim. Ona görə də istəmirəm uşağımda mənim kimi pərişan olsun”.


7News.Az








