Bu günədək Azərbaycanda səhhəti ilə bağlı COVID-19 əleyhinə vaksin oluna bilməyən və buna görə sertifikat alan şəxslərin sayı açıqlanıb.
Səhiyyə Nazirliyindən "Qafqazinfo”ya verilən məlumata görə, bu günə qədər ümumilikdə 30 minə yaxın şəxsin əks-göstəriş sertifikatı ilə bağlı müraciətinə müsbət cavab verilib və həmin vətəndaşlar müvafiq sertifikatla təmin olunub.








