“Bizi kədərləndirən bu müddətdə verdiyimiz şəhidlərdir. 2015-ci ilin iyul ayından bugünə qədər 300-dən artıq əsgər və polisimizi şəhid vermişik”.
Bu barədə prezident Rəcəb Tayyi Ərdoğan bildirib.
“İtkilərimizlə birlikdə qazandıqlarımız da oldu. Belə ki, bu torpaqların vətənimiz olduğunu dost-dümənə bir daha göstərmiş olduq. Bu, vacib idi. Bu qazanc elə bir qazancdır ki, ancaq Çanaqqala və Qurtuluş Müharibəsi ilə müqayisə edə bilərik. İnanın ki, şəhidlərimizin ruhlarına heç vaxt hörmətsizlik etməyə icazə vermərik. Bütün terror təşkilatlarına qarşı sonuna qədər mübarizə aparacağıq. Bütün terrrorçuları isə tez-gec Allahın icazəsilə bu ölkədə məhv edəcəyik”, - deyə Ərdoğan söyləyib.
7news.Az








