RU
3000 metr hündürlükdə qalan alpinistlər xilas edilib
14:27
41

3000 metr hündürlükdə qalan alpinistlər xilas edilib


İtaliya yanğınsöndürmə briqadası Laqo di Valsoerada 3000 metr hündürlükdə sıxışan alpinistlərin helikopterlə xilas edildiyini açıqlayıb. 

7NEWS.az xəbər verir ki, İtaliyanın Turin şəhərinin şimalındakı Laqo di Valsoerada 2 nəfərin dağda qapalı qaldığı bildirilib. İtaliyanın yanğınsöndürmə briqadası Vigili del Fuoco bildirib ki, alpinistlər helikopterlə xilas edilib. Bölgəyə keçən yanğınsöndürmə vertolyotundan kəndirlə enən yanğınsöndürənlər alpinistləri 3 min metr yüksəklikdə olduqları yerdən sağ-salamat vertolyota çıxarıblar. Vigili del Fuoko əməliyyatı "zamana və küləyin əsməsinə qarşı yarış" kimi qiymətləndirib. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ