7News.Az-ın verdiyi xəbərə görə, bu barədə "Daily Mail" yazır.
63 yaşlı Kumar Nayak irsi xəstəlik olan polidaktiliyadan əziyyət çəkir. Onun əl və ayaq barmaqlarının sayı normadan çoxdur: əlində 12, ayağında - 19.
O, anadangəmlə bu anomaliya ilə yaşadığını, lakin imkansızlıqdan müalicə almadığını bildirib.
"Qonşular mənim cadugar olduğuma inanır və məndən qaçırlar. Bəzən tanımadığım insanlar məndəki qüsura baxmaq üçün evimə gəlir. Mənə münasibətin fərqli olduğu üçün evdən bayıra çıxa bilmirəm", - deyə qadın etiraf edib.




7News.Az








