Nəsimi rayon İcra
Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları,
ayrı-ayrı xeyriyyəçilər tərəfindən Dünya Azərbaycalıların Həmrəyliyi günü və
Yeni il bayramı münasibəti ilə rayonda yaşayan imkansız ailələrə bayram
sovqatlarının paylanması təşkil olunmuşdur. Bu qəbildən keçirilən tədbirlərdən
biri rayon İcra Hakimiyyətinin bayram münasibəti ilə təşkil olunmuş tədbiri
olmuşdur.
Ərazidə fəaliyyət göstərən ictimai
birliklərin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, rayon sakinləri,
burada məskunlaşmış məcburi köçkün ailələrinin, həmçinin tədbirin təşkilati işlərində
yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil
olunan mərasimə toplaşanları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının I
müavini Yavər Allahverdiyev çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi
günü və Yeni il bayramı münasibəti ilə təbrik etmiş, bu günlərdə ehtiyacı olan
hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi olaraq
vurğulamışdır. Bayram ilə əlaqədar Nəsimi rayonunda yaşayan az təminatlı ailələrə,
qaçqınlara, ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara
və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 1000-dən çox ailəyə
bayram payları təqdim edilmişdir
Tədbirdə çıxış edən rayon sakinləri Yeni il bayramı münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.










