`Türkiyənin Xarici İşlər Nazirliyinin dövlət çevrilişinə cəhddə iştirakda şübhəli bilinən 89 əməkdaşı işdən azad olunub, 332 nəfər isə vəzifəsindən kənarlaşdırılıb`.
7news.Az-ın Türkiyə KİV-lərinə istinadən xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransında bildirib.
M.Çavuşoğlu qeyd edib ki, vəzifəsindən geri çağırılanların 31 nəfəri Türkiyəyə geri qayıtmayıb.
7news.Az








