RU
31 kişi 14 yaşlı qıza...
21:21
1001

31 kişi 14 yaşlı qıza...

Türkiyədə 14 yaşlı qıza təcavüz etməkdə ittiham olunan 31 nəfər saxlanılıb.  

Hadisədə Adanada baş verib. Saxlanılan şəxslərdən 11-i azyaşlı, 2-si qadın olub.    Məlumata görə, təcavüzə məruz qalan G.S.Ç. adlı azyaşlı qızın psixoloji probleminin olduğu bildirilib.   G.S.Ç. sinif yoldaşına bir neçə kişinin onu zorladıqdan sonra pul verdiklərini deyib. Sinif yoldaşı isə hadisəni müəlliminə danışıb. Məktəb rəhbərliyi isə polisə müraciət edib. Polis azyaşlı qızın ifadəsini alıb. G.S.Ç onunla əlaqəyə girənlərin, R.Ö və İ.B adlı qadınların adlarını verib.   Əməliyyat keçirən polis 11-i azyaşlı olmaq üzrə 31 nəfəri şübhəlini saxlayıb. Hakim qarşısına çıxarılanlar haqqında həbs qərarı verilib. Azyaşlı qız dövlət nəzarətinə götürülüb.    Hadisə ilə bağlı məhkəmənin növbəti iclası dekabrın 4-nə təyin olunub./teleqraf

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ