RU
32 yaşlı Göyçay sakini itkin düşüb
18:30
177

32 yaşlı Göyçay sakini itkin düşüb

Göyçay rayon Bəydövül kənd sakini, 1989-cu il təvəllüdlü Hacıyev Amid Soltanhəmid oğlu iyulun 6-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 7NEWS.Az-ın yerli bürosuna verilən məlumata görə, həmin şəxsin boyu 180 santimetr, gözlərinin rəngi qəhvəyi, saçları isə qaradır. Evdən çıxarkən üzərində göy rəngli şalvar, ağ köynək və qara ayaqqabı olub.

Şəkildəki şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, eləcə də Göyçay Rayon Polis Şöbəsinin (020)-274-04-91 şəhər və (050)774-04-91 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ