Hadisə Suraxanı rayonunda qeydə alınıb.
7news.Az-ın məlumatına görə, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi ev 7-də yaşayan 1986-cı il təvəllüdlü Xasmeddinov Ruslan Rəşidoviç özünü asıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İlkin araşdırmalar zamanı mərhumun ölümündən qabaq yazdığı vida məktubu aşkarlanıb. Məktubda mərhum "Mən arvadım İrinasız yaşaya bilmərəm, onu çox sevirəm” qeydini yazıb.
Məlum olub ki, İrina Xasmeddinova ilə Ruslan Xasmeddinov ayrılmaq ərəfəsində olublar. Belə ki, qadın boşanmaq üçün Suraxanı Rayon Məhkəməsinə müraciət edib. R.Xasmeddinov isə ailəsindən boşanmaq istəməyib.
Qeyd edək ki, Xasmeddinovların birgə nikahdan 2 övladları var.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
7news.Az








