Rusiya 2018-ci ildə keçiriləcək futbol üzrə Dünya Kubokunun simasını seçib.
Dünya Kubokunun tanıtım siması 32 yaşlı model Victoria Lopyreva olub.
Eyni zamanda teleaparıcı olan Victoria 2003-cü ilə Rusiya gözəli seçilib. Model “Maxim” və “Cosmopolitan” jurnalına verdiyi seksual pozaları ilə gündəmə gəlib.
Qeyd edək ki, 2018 Dünya Kuboku 14 iyun-15 iyul tarixləri arasında keçiriləcək.
Qarşılaşmalar Moskva, Sankt-Peterburq, Samara, Saransk, Rostov, Soçi, Kazan, Kalininqrad, Volqoqrad, Nijniy Novqorod və Yekaterinburq şəhərlərində oynanacaq./qafqazinfo
7news.az













