RU
320 kiloqramlıq köpək balığını sudan çıxarmaq üçün 80 dəqiqə
17:00
510

320 kiloqramlıq köpək balığını sudan çıxarmaq üçün 80 dəqiqə "əlləşdi"

Avstraliyanın Mancera şəhərindən olan balıqçı Maykl Dreyper 320 kiloqrmlıq pələng köpəkbalığını tutub.

7News.Az xəbər verir ki, bu barədə "Mandurah Mail" nəşri yazır.

 

Uzunluğu 2,74 metr olan yırtıcı balığı tutmaq heç də asan olmayıb.

"Bu ölçüdə köpəkbalığını ovlamaq qadağandır və onlar dərhal sərbəst buraxılmalıdırlar. Ancaq bu köpəkbalığı çox müqavimət göstərib, sahildən 150 metr məsafədə sıx yosunlara dolaşaraq çırpınıb", - deyə balıqçı danışıb.

Maykl və yoldaşlarının balığı sudan çıxarması təxminən 80 dəqiqə çəkib

Lakin köpəkbalığı quruda 50 saniyədən çox qalmayıb və dərhal suya buraxılıb.

Qeyd edək ki, pələng köpəkbalığı insanlar üçün son dərəcə təhlükəlidir.

Uzunluğu orta hesabla 4.25 metrə çatır, çəkisi isə 635 kiloqrama qədər ola bilər.

5.5 metr uzunluğunda və 1,5 ton ağırlığında olan pələng köpəkbalığı Ginnesin Rekordlar Kitabına düşüb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ