Nigeriya ordusu "Boko Haram” terror qruplaşmasına qarşı əməliyyat keçirib.
7news.Az NTV-yə istinadən xəbər verir ki, Borno əyalətinin Bama bölgəsində keçirilən əməliyyat nəticəsində 33 nəfər əsirlikdən azad edilib.
Onlardan 12-si qadın, 13-ü isə uşaqdır.
Həmçinin, 6 terrorçu məhv edilib. Terrorçuların sığınacağından çoxlu sayda silah-sursat ələ keçirilib.
Qeyd edək ki, "Boko Haram” 2009-cu ildən bu günə qədər Nigeriyada 20 minə yaxın insanın ölümünə səbəb olub.
7news.Az








