RU
34 yaşlı kişi məktəblilərə hücum ETDİ - Xəsarət alanlar var
10:30
24

34 yaşlı kişi məktəblilərə hücum ETDİ - Xəsarət alanlar var

Ağsuda 34 yaşlı kişi məktəbin qarşısında iki məktəbliyə xəsarət yetirib.

Hadisə Ağsu şəhər 1 saylı orta məktəbin qarşısında baş verib.

Belə ki, rayon sakini, 34 yaşlı Dostəli Bağırovla 11-ci sinif şagirdi arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb və mübahisə zamanı Dostəli Bağırov şagirdə kəsici alətlə, həmin vaxt köməyə gələn 16 yaşlı qardaşına isə əli ilə vuraraq xəsarət yetirib.

Xəsarət alan qardaşlardan biri xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən əməli törədən şəxs barəsində tədbir görülüb.

Faktla bağlı araşdırmalar aparılır./Qafqazinfo


_____________

Hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

7News.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisəni törədən Dostəli Bağırovun həyat yoldaşı Ağsu şəhər 1 saylı orta məktəbdə təmizlikçi işləyir.

Bir neçə gün əvvəl məktəbdə təmizlikçi qadınla 11-ci sinif şagirdi arasında mübahisə baş verib. Bunu öyrənən D.Bağırov bıçaq götürərək məktəbə gedib və təhsil müəssisəsinin qarşısında həmin şagirdlə mübahisə edib. Mübahisə zəminində o, bıçaqla şagirdin baldır nahiyəsinə yüngül xəsarət yetirib. 34 yaşlı kişi şagirdin köməyinə gələn 16 yaşlı qardaşına da yumruqla vurub.

Hər iki yeniyetmə yüngül xəsarət alıb və xəstəxanadan evə buraxılıb.

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ