"Atletik"in futbolçusu Aris Aduris rekorda imza atıb.
7News.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Avropa Liqasının qrup mərhələsində "Genk"ə qarşı keçirilən görüşdə penta-trik edən 35 yaşlı oyunçu bu turnirdə 5 qol vuran ilk futbolçu olub.
O, bu qollardan 3-nü penaltidən vurub.
Qeyd edək ki, "Atletik" - "Genk" görüşü Bilbao klubunun 5:3 hesablı qələbəsi ilə başa çatıb.








