Almaniyanın "Şalke" klubunun 2016-cı ildə ölmüş sayılan sabiq futbolçusu Xiannik Kambanın sağ olduğu üzə çıxıb.
7News.Az xəbər verir ki, "Bild" nəşri Kambanın 4 il əvvəl Konqoda avtomobil qəzasında dünyasını dəyişdiyinə dair xəbərin yalan çıxdığını yazıb.

33 yaşlı keçmiş müdafiəçi hazırda Rur regionunda energetika şirkətində çalışır və ailəsi ilə birgə yaşayır.
Prokurorluq futbolçunun keçmiş həyat yoldaşına qarşı işi araşdırır. Onun Kambanın ölümünü saxtalaşdırdıqdan sonra altırəqəmli məbləğdə sığortapulu aldığı bildirilir. Qadın sığorta agentliyinə ərinin öldüyünü təsdiqləyən saxta sənədlər təqdim edib.
7News.Az








